Ermənistan təbii qazsız qala bilər
Gürcüstan höküməti və Rusiyanın “Qazprom” şirkəti Ermənistana nəql edilən qazın tranziti ilə bağlı razılığa gələ bilməyiblər. 
Oxu.Az
 “Qruziya online” nəşrinə istinadən xəbər verir ki, hazırki müqavilənin müddəti dekabrın 31-də bitir.
Gürcüstanın energetika naziri Kaxa Kaladze bəyan edib ki, danışıqlar davam etdiriləcək və rəsmi Tbilisinin mövqeyi dəyişməzdir: Rusiya ödənişi pulla etmək istəyir, Gürcüstan isə  isə nəql edilən qazın 10%-ni əldə etmək niyyətindədir.
Vyanada aparılan danışıqların növbəti raundunun vaxtı hələlik məlum deyil.