Hakim Ənvər Seyidov reanimasiyada olmasıyla bağlı xəbərləri özü yayıb?
Olmaya, bacı-qardaş ictimaiyyətə kələk gəlirlər?

Bu günlərdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidovun reanimasiyaya yatırılmasıyla bağlı məlumat yayılmışdı. Məlumatda deyilirdi: “Neftçilər Xəstəxanasından bildiriblər ki, o dekabrın 6-dan reanimiyasiyaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir və yaxşılığa doğru gedir. Amma hələki təzyiqlə qan stabil deyil deyə reanimasiyada müşahidə altında saxlanır” (azadliq.org).

Ancaq Legion-a daxil olan məlumata görə, Ə.Seyidovun vəziyyəti heç də ağır deyil və bu cür məlumatların yayılmasının başqa səbəbləri var. Məlumatda bildirilir ki, Ənvər Seyidovun özünün bir iş adamıyla münaqişəsi olduğu üçün, bacısı Leyla Seyidbəylidən xahiş edib ki, onu rəhbərlik etdiyi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirsin və mətbuata məlumat verilsin ki, guya Ənvər Seyidov reanimasiyadadır. Legion-a daxil olan məlumata görə, bu Ənvər Seyidovun öz oyunudur və bu oyunla, Ə.Seyidov problemi olduğu iş adamından vaxt udmaq istəyir. Əlbəttə ki, Ənvər Seyidovun reanimasiyaya yerləşdirilməyindən ən çox sevinən müxalifət düşərgəsi olub. Ancaq məlumata görə, Ənvər Seyidov bacısı Leyla Seyidbəyliyə gülə-gülə deyib ki, mən bu fürsəti müxalifətə heç vaxt yeni il qabağı hədiyyə edə bilmərəm. Biz Neftçilər Xəstəxanasına yığsaq da, Ə.Seyidovla bağlı heç bir məlumat ala bilmədik.

Tamerlan Zeynallı

Legion