Peskov: “ABŞ administrasiyasının hərəkətləri dağıdıcı xarakter daşıyır”
Səlahiyyət müddətinin başa çatmasına üç həftə qalan ABŞ-ın hazırkı administrasiyasının hərəkətləri aqressiya nümayişidir və dağıdıcı xarakter daşıyır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Səlahiyyət müddətinin başa çatmasına üç həftə qalan hazırkı administrasiyanın bu cür hərəkətləri iki ölkənin münasibətləri üçün dağıdıcı, destruktiv xarakter daşıyır.  Bu hərəkətlər tamamilə aqressiya nümayişidir”, - deyə Peskov qeyd edib.  

O, Moskvanın münasibətlərin normallaşdırılmasına ümid etdiyini qeyd edib.  

Qeyd edək ki, ABŞ Rusiya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinə qarşı sanksiyalar tətbiq edib.

Bundan əvvəl ABŞ 35 rusiyalı diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verib.