Dağıstanda atışma: Ölənlər var
Dağıstanın Xasavyurt rayonunda atışmada iki silahlı öldürülüb, bir polis əməkdaşı həlak olub.
Oxu.Az 
APA-ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
“VAZ 2107-də hərəkət edən naməlum şəxslər polis naryadını atəşə tutub. Cavab atəşi ilə silahlılar məhv edilib. Bir polis əməkdaşı atışma zamanı aldığı güllə yaralarından keçinib”, – deyə mənbə bildirib.
Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.