Azərbaycan mühacirətinin üç dalğası
XIX əsrin əvvəlində Şirvandan, əsasən Ağsu şəhərindən bir neçə sünni ailə, uzun müddət ərzində "şirvanlı" kimi tanındıqları Amasyaya köçüblər. 1894-cü ildə Şeyx-Hacı Mahmud Əfəndi burada barokko üslubunda nadir məscid tikdirib. Bu məscid Şirvanlı məscidi (şirvanlıların məscidi) və ya azərbaycanlıların məscidi kimi tanınır.
Onların nəsilləri Amasiyanın 6 kəndində, Merzifon və Suluova rayonlarında yaşayıblar və azərbaycan etnik özünüdərkini qoruyublar.
Azərbaycanlıların öz dədə-baba torpaqlarından şərqi Türkiyəyə növbəti mühacirət dalğası 1918-1925-ci illərdə, bir çox azərbaycanlının erməni millətçilərindən qorunmaq üçün erməni dövləti yaradılan ərazini tərk etmək məcburiyyətində olduğu illərdə olub.
1941-ci ildə 5 000 azərbaycanlı Arpaçay çayının Türkiyə sahili boyunca yerləşən 60 kənddə yaşayıb. Onlar, Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan və 1920-ci ilin aprelində sovet hakimiyyətinin qurulmasından sonra ölkəni tərk edən mühacirlərin nəsilləri idi. Türkiyəyə də Azərbaycan Demokratik Respublikasının devrilmiş hökumətinin bəzi üzvləri və onların ailə üzvləri, həmçinin Azərbaycan elitasının bir çox nümayəndələri mühacirət ediblər. Onlar, əsasən, Ankara, Bursa və İstanbulda məskunlaşmışdılar və Türkiyədə Azərbaycanın müstəqilliyinin bərpası ideyasının təbliğini aparırdılar.
1925-ci ildə hücum etməmə və bitərəflik haqqında sovet-türk paktının imzalanması, 1930-cu illərin sonlarında bəzi Azərbaycan vətənpərvərlik hərəkatının siyasi fəal üzvlərinin Türkiyədən Almaniyaya və Polşaya mühacirətinə səbəb oldu.
1946-cı ildə keçmiş Azərbaycan Demokratik Respublikasının liderləri, etnik azərbaycanlıları - İrandan siyasi mühacirləri dəstəkləyiblər.
1990-cı ildə sovet-türk sərhədləri boyunca Türkiyə tərəfində təxminən 400 000 azərbaycanlı yaşayıb. 1990-cı illərin əvvəlində iqtisadi səbəblərdən Azərbaycandan Türkiyəyə yeni mühacirət dalğası yaşanıb. Bu mühacirlər böyük şəhərlərdə məskunlaşırdılar.
Müəllif Aqil Qəhrəmanlı

LEGİON