Beyləqanda minik avtomobili mikroavtobusla toqquşub, ölən var
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 3-də saat 08 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində rayon sakini Məhəmməd Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda gedən həmyerlisi İlham Məmmədovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusa vurub.
Nəticədə M. Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.