Bakı sakini evində yanaraq ölüb
Bakıda yaşayış evində yanğın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 3-də saat 02 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsində yaşayan Şahseyran Ağayevin mənzilində yanğın baş verib. Yanğın söndürüldükdən sonra Ş.Ağayevin yanmış meyiti tapılıb.