24 il atasından uşaq dünyaya gətirən qızın qan donduran HEKAYƏSİ
Avstraliyalı Cozef Fritzl 21 yaşında evlənmiş və 7 uşaq atası olmuşdur. O, 1962 - cı ildə 1 il yarım zorlama maddəsinə görə həbsdə yatıb. O öz qızı Yelizavetanı da ilk dəfə 11 yaşı olanda zorlayıb. Yelizavetanın 17 yaşı olanda atasının iyrənc hərəkətlərinə dözməyib evdən qaçır. Polis vasitəsilə onu evinə qaytaran Fritzl bir müddət sonra yenidən qızına təcavüz etməyə başlayır.

1984-cü il 29 avqustda Fritzl qızını öz yaşadığı evə həbs edir. O, öz doğma qızını evinin ən alt qatında pəncərəsiz bir yerdə 24 il saxlayaraq onu cinsi istismar edir. Yelizavetanın 2-ci dəfə itdiyini görən ana yenidən polisə müraciət edir, amma, bir gün qızının xətti ilə yazılmış bir məktub alır. Fritzl məcburən qızına yazdırtdığı məktubda onu polis axtaracağı tədqirdə xarici ölkəyə qaçacağı yazılmışdı.

Beləliklə, ana və polis Yelizavetanı axtarmaqdan əllərini üzürlər. Yelizaveta 24 il boyunca atasından uşaq dünyaya gətirir. Uşaqlar doğulduqca ata öz həyat yoldaşını "Uşağı Yelizaveta doğub, qaçıb" deyə aldadır.

2 qız uşağına Yelizavetanın anası baxır. Daha sonra Yelizavetanın əkiz uşağı olur. Uşaqlardan biri 3 gün sonra ölür, sağ qalan uşağı isə Yelizavetanın atası cibində məktubla birgə evə gətirir və ona da nənə himayədarlıq edir. 24 il sürən həbs həyatına Yelizavetanın atasının xəstə oğlunu xəstəxanaya aparması son qoydu. Oğlunun xəstəxanaya gedəcəyini bilən Yelizaveta onun cibinə bir məktub qoyur və məktubda onun xilas olunmasını xahiş edir. Beləliklə, Yelizaveta 24 illik həbs həyatı və işgəncələr qurtarır, atası isə həbsxanaya düşür. (immunitet.az)