Qusardan Bakıya gətirilən uşaq yolda ölüb
Qusar rayonunda uşaq ölümü qeydə alınıb.
Legion  
Report-a istinadən xəbər verir ki, rayonun Şirvanovka kənd sakini, 2014-cü il təvəllüdlü, Fəttahov Rahid Ravid oğlu Qusar Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən, Bakı şəhərində olan xəstəxanaların birinə gətirilən zaman yolda, Siyəzən rayonu ərazisində ölüb.
Mərhumun yaxınlarının dediyinə görə, Qusarda həkimlər azyaşlının xəstəliyinin dəqiq diaqnozunu qoya bilməyiblər. Yeni il bayramı ilə əlaqədar bəzi həkimlərin iş yerində olmaması uşağın vəziyyətinin ağırlaşmasına səbəb olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.