Kanadada iki təyyarə toqquşub
Kanadanın Toronto şəhərində beynəlxalq hava limanında iki sərnişin təyyarəsi toqquşub.
Legion  
APA-ya istinadən verdiyi xəbərə görə, havaya qalxmağa hazırlaşan təyyarənin qanadı terminalda dayanmış digər təyyarənin qanadına dəyib.
Təyyarələrin “Pakistan International Airlines” və “Air France” şirkətlərinə məxsus olduğu bildirilir.
İnsident nəticəsində zərərçəkən olmayıb. Qəzanın səbəbləri barədə  məlumat verilmir. Lahor şəhərinə uçan Pakistan təyyarəsinin uçuşu ləğv edilib. Sərnişinlər  digər təyyarə ilə Lahora göndəriləcək.