27 qəza, 20 ölü, 37 yaralı – Bayram günlərinin acı statistikası
Bayram günləri respublikada baş verən yol qəzalarının statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 2016-cı il dekabrın 31-dən yanvarın 5-dək respublikanın avtomobil yollarında 27 yol nəqliyyat hadisəsi baş verib.
Nəticədə 20 nəfər ölüb, 37 nəfər xəsarət alıb.