Bakıda mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb
Bakıda mənzildən 9600 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.
Legion  
Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, Rahib Məmmədov küçəsi, ev 12 mənzil 52-də yaşayan ev sahibi Faiq Cəfərov mənzildə olmadığı vaxt naməlum şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar. Mənzildən 9600 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.