Goranboyda avtomobil maneəyə çırpılıb, sürücü ağır xəsarət alıb
Goranboyda ağır yol-nəqliyyat  hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Goran qəsəbəsindən Goranboy şəhərinə gedən yolda qeydə alınıb. Rayon sakini, 1991-ci il təvəllüdlü Aqşin Yusifzadə idarə etdiyi “VAZ2109” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan beton maneəyə çırpılıb.

Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, qəzaya sürücünün sərxoş olması səbəb olub.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.