Şimali Koreyadan Cənubi Koreyaya qaçanların sayı artıb
Ötən il Şimali Koreyadan Cənubi Koreyaya 1400 nəfərdən çox insan qaçıb. 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Koreya Respublikasının Birləşdirmə Nazirliyindən bildirilib. Bu göstərici 2014-cü illə müqayisədə 11 faiz  çoxdur. Nazirliyin məlumatına görə, hazırda  Koreya Respublikasında 30 mindən çox şimali koreyalı yaşayır. Kim Çen Inın hakimiyyətə gəlişindən sonra ilk dəfə ötən il Şimali Koreyadan qaçanların sayında artım müşahidə edilib.