Türk hərbçiləri İŞİD-in 38 yaraqlısını məhv edib
Türk hərbçiləri Suriyanın şimal hissəsində əməliyyat çərçivəsində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 38 yaraqlısının məhv edildiyini bildiriblər. 
Oxu.Az
 xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 
Məlumata görə, son sutka ərzində Türkiyə təyyarələri İŞİD-in 28 mövqeyinə zərbələr endirib. Zərbələr nəticəsində sığınacaqlar, komanda mərkəzləri, nəqliyyat və silah məhv edilib.