Zoqrabyan: Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir
Ermənistan iqtisadiyyatı çox ağır vəziyyətdədir.
Oxu.Az
 NEWS.am-a istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının rəhbəri Naira Zoqrabyan bildirib. 
Onun sözlərinə görə, Ermənistanda inkişafın qeydə alındığı hansısa sahənin adını çəkmək çətindir. 
“Yəqin, çox ağır vəziyyətdə olan iqtisadiyyatda irəliləyişin vaxtı hələ gəlməyib, amma indi heç olmasa, bir optimistik məqam olmalıdır. İctimai mühitdə bu optimizmin olmaması ağrılıdır”, - N.Zoqrabyan qeyd edib.