Rusiyada dollar 60 rubldan aşağı düşüb
Rusiyada yanvarın 5-də dolların satış kursu 54 qəpik ucuzlaşaraq 59,92 rubldan ibarət olub. 
Oxu.Az
 Rusiya KİV-nə istinadən xəbər verir ki, dollar ən son 2015-ci il iyulun 31-də 60 rubldan aşağı satılıb. 
Rusiya valyutasının bahalaşmasına səbəb neftin qiymətinin 56,5 dollar/barelə yaxınlaşması və ölkəyə investisiya həcminin artması amilləri olub.