Neft ucuzlaşır
Dünya birjalarında neft ucuzlaşır.

APA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar azalaraq 53,72 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar azalaraq 56,84 dollar olub.