Deputatlar onlara ev verilməsi xəbərini təkzib etdilər
H.Rəcəbli adıçəkilən binadan mənzil alması barədə deyilənləri qətiyyətlə təkzib edib

Dünən gununsesi.info saytı 13 deputata ev verilməsi ilə bağlı məlumat yayıb. Saytın yazdığına görə, 13 deputata ev verilib. Onlar arasında spiker Oqtay Əsədov, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, parlament Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini, sabiq millət vəkili Rifət Ağalarov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər indiki və sabiq millət vəkilləri var.

Ə.Nuriyev  bu xəbəri təkzib edərək, bildirib ki,  həmin binadan mənzil almayıb: “Həmin məlumat düzgün deyil. Mən o binadan mənzil almamışam”.

H. Rəcəbli də adıçəkilən binadan mənzil alması barədə deyilənləri qətiyyətlə, təkzib edib.

Gununsesi.info sayının yazdığına görə, adıçəkilən binada adına mənzil olan eks deputatlar arasında mərhum spiker Murtuz Ələsgərov və baş prokurorun əmisi, parlamentin Regional məsələlər komitəsinin sabiq sədri, mərhum Zahid Qaralov da var.

Onlar da zamanında həmin binadan mənzil almaq üçün müraciət edənlər sırasında olublar.