Bakıda ağır qəza: ölən var
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Lent.az-ın məlumatına görə, Xəzər rayonu ərazisində - Qala-Pirallahı yolunda "Ford" markalı avtomobil 70 yaşlı kişini vurub. Ağır xəsarətlər alan piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.