Venesuelada itmiş “Mi-17” tapıldı: Sağ qalanlar var
Dekabrın 30-da Venesuelanın cənubunda itmiş helikopterin göyərtəsində ən azı 13 nəfər sağ qalıb. 
Oxu.Az
 RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Sputnik” agentliyinə sərnişinlərin və heyət üzvlərinin qohumları bildiriblər. 
Daha öncə Venesuela hərbçilərinə məxsus “Mi-17” helikopterinin qəzaya uğraması nəticəsində 16 nəfərin, o cümlədən də 11 hərbçinin öldüyü barədə məlumat yayılmışdı. 
Ölkə hakimiyyəti ölənlər haqqında məlumatı təsdiqləməyib.  
“Onlar (hakimiyyət) zəng edərək helikopterdə olanların sağ olduğunu bildiriblər. Həkimlər onları La-Esmerelada şəhərində (Amasnos ştatı) müayinə edirlər”, - agentliyin həmsöhbəti bildirib.