Pakistanda qatar iki rikşa-arabasına çırpılıb: Yeddi uşaq ölüb
Pakistanda dəmiryol keçidində rikşa-arabasına qatarın çırpılması nəticəsində yeddi məktəbli ölüb. 
Oxu.Az 
xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 
Agentliyin məlumatına görə, hadisə cümə günü səhər saatlarında Pakistanın şimali-şərqində Londhran şəhəri yaxınlığında Pəncab əyalətində baş verib. Polis nümayəndəsi Caved Əhməd bildirib ki, arabaçılar yaxınlaşan qatarın sürətini dumana görə adekvat qiymətləndirə bilməyiblər. Məlumata görə, keçiddə şlaqbaum ilə təchiz edilməyib.
Polisdən bildiriblər ki, hadisə nəticəsində həmçinin 5-8 yaş arası olan uşaqlar və arabaçılardan biri yaralanıb. Onların vəziyyəti kritik qiymətləndirilir.