Bakının ən yaşlı sakini öldü - 118 yaşında
Bakının ən yaşlı sakini vəfat edib.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1899-cu il təvəllüdlü Əliyeva Qumru Xanhüseyn qızı ötən gün dünyasını dəyişib.