Rusiyada spirtli içkidən 4 nəfər ölüb
Rusiyada yenə spirtli içkidən ölümlə nəticələnən zəhərlənmə faktı qeydə alınıb
Trend RİA Novosti-yə istinadən məlumat verir ki, şəhər pavilyonlarından birində 4 nəfər “Taym aut” spirtli kokteylindən istifadə etdikdən sonra dünyasını dəyişib.
Regionun rəsmi nümayəndəsi Olqa Şamanskaya bildirib ki, 32 yaşlı kişi, onun 22 və 23 yaşıarında olan bacıları, eləcə də 38 yaşlı bir qadın şəhərin Kirov rayonunda yerləşən mənzildə ölü tapılıblar: “Məlum olub ki, bütün gün ərzində onlar “Taym aut” spitli kokteyli içiblər”.