Yaponiya Cənubi Koreyadakı səfirini geri çağırdı
Yaponiya Koreya Respublikasındakı səfiri Yasumasu Naqamineni müvəqqəti olaraq geri çağırmaq barədə qərar qəbul edib. Bu, Pusanda Yapon baş konsulluğu qarşısında XX əsrin birinci yarısında ölkənin yaponlar tərəfindən işğalı zamanı seksual zorakılıq qurbanı olan qadınların xatirəsinə abidənin ucaldılmasına qarşı cavab addımıdır. 
Oxu.Az
 xəbər verir ki, bu barədə Tokioda mətbuat konfransında ölkənin Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa bəyan edib. 
“Bu qəbildən olan addımlar ikitərəfli münasibətlərə arzuolunmaz təsir göstərir, bu, yolverilməzdir. Biz Cənubi Koreyadakı səfirimiz Yasumasu Naqamineni müvəqqəti olaraq geri çağırmaq barədə qərər qəbul etmişik”, - o deyib.