“Bank Respublika”da nə baş verir?
21 Fevral 2017-ci il tarixində “Bank Respublika” ASC-nn səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Azinforum.az ” “Marja”ya istinadən xəbər verir ki, yığıncağın gündəliyinə Müşahidə şurasının tərkibi və Müşahidə Şurasının bəzi qərarlarının müzakirəsi haqqında məsələlər daxildir.
Xatırladaq ki, 3 yanvar 2017-ci il tarixində “Bank Respublika”nın Müşahidə Şurasının növbədənkənar iclasının qərarına əsasən, Müşahidə Şurasının üzvü Asəf Namazov Bankın İdarə Heyətinə sədr təyin olunub.
Keçmiş İdarə Heyətinin sədri Xədicə Həsənovanın isə Bankda fəaliyyətini Müşahidə Şurasında davam etdirəcəyi planlaşdırılır.