AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı məlum olub
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-də Azərbaycana səfər edəcək.
Legion 
 xəbər verir ki, bu barədə Report-a AŞPA-nın mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsidir.
Səfər yanvarın 14-də yekunlaşacaq.