Rusiyada yanğın: ölən və yaralananlar var – YENİLƏNİB
Moskvanın şimal-şərqində inzibati binada baş verən yanğın nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.
Milli.Az xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Yanğının söndürülməsinə yüzdən çox yanğınsöndürən, xilasedici və 30 texnika cəlb edilib.
İlkin məlumata görə, yanğın binanın ikinici mərtəbəsindəki restoranda başlayıb.
Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində yanğın baş verib.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Yanğın yerinə yanğınsöndürənlər işləyir.