Rusiya səfirinin qətli ilə bağlı 5 nəfər həbs edildi
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətli ilə bağlı 5 nəfər həbs edilib.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” İzmir şəhərinin prokurorluğuna istinadən  məlumat yayıb.    

Məlumata görə, həbs edilənlərdən dördü  qatil Mövlut Mert Altıntaşın polis orqanlarında çalışan həmkarlarıdır. Beşinci şəxsin isə FETÖ fəalı Süleyman Ergen olduğu bildirilir. Məlumata görə, o,  İzmirdə Altıntaşın təhsil aldığı Rüştü Ünsal adına polis məktəbinin kursantları arasındakı FETÖ tərəfdarlarına kuratorluq edibmiş.      

Saxlanılan şəxslər silahlı terror təşkilatına üzvlükdə ittiham olunurlar.