“10 yaşlı Nuray Bayramzadənin vəziyyəti yaxşı deyil” — Kəmalə Ağazadə
“10 yaşlı Nuray Bayramzadənin vəziyyəti yaxşı deyil. Onun təcili şəkildə həkim nəzarətində müalicə olunmasına ehtiyac var”.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Ölkə.Az-a bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq işlərə başlanılıb.

“Nurayın vəziyyəti yaxşı deyil. Uşaq mütləq uzun müddət psixoloq yanında reabilitasiya keçməlidir. Hazırda Nuray xalasının yanındadır. Düşünürəm ki, ilk növbədə uşağın sağlamlığıdır. Onun reabilitasiyasıdır. Mütəxəssislər uşaqla işlədikdən sonra nəsə demək olar”.

K. Ağazadə bildirib ki, rəhbərlik etdiyi təşkilat uşağın qəyyumluq məsələsini araşdırılacaq:

“Qəyyumluq məsələsi ilə bağlı da işlərə başlanılıb. Bununla bağlı məhkəməyə müraciət edəcəyik. Eyni zamanda, bu işlə bir neçə qurum da məşğuldur”.

Kəmalə Ağazadə məhkəmədə baş verənləri əks etdirən videonun çəkilərən yayılması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu görüntülər məhz məhkəmə icraçıları tərəfindən çəkilib.

“Mənə ən çox təsir edən məhkəmədəki video materialın kim tərəfindən yayılmasıdır. İş orasındadır ki, bu çəkiliş məhkəmə icraçıları tərəfindən aparılıb. Bu görüntülərin yayılmasında məqsəd nə idi? Öz bacarıqlarınımı göstərirdilər? Bununla bağlı müvafiq qurumlar artıq işə başlayıblar”.