Haitidə qəza nəticəsində 20 nəfər ölüb
Haitidə yük maşını və sərnişinlərin olduğu avtobusun toqquşması nəticəsində ən azı 20 nəfər ölüb. 
Oxu.Az 
TASS-a istinadən xəbər verir ki, onlarla sərnişin ağır yaralıdır. 
Hadisə Artibonit departamentində yerləşən Monte-Lakret adlı kənddə baş verib. 
Xəsarət alanlar yaxınlıqda yerləşən tibb məntəqələrinə çatdırılıb.