Obama Putinə düzgün qiymət verdiyini düşünür
ABŞ prezidenti Barak Obama fəaliyyəti dövründə rusiyalı həmkarı Vladimir Putinə düzgün qiymət verdiyini hesab edir.
Legion  
Report-a istinadən xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində bildirib.
Obama aparıcının “Rusiya prezidenti Vladimir Putini düzgün qiymətləndirmisinizmi?” sualına “düşünmürəm ki, onu lazımınca qiymətləndirməmişəm”, – deyə cavab verib.
“Qiymətləndirmədiyim, dezinformasiya və kiberhücumların müasir cəmiyyətə necə güclü təsirə malik olmasıdır”, – deyə Barak Obama əlavə edib.