“Boko Haram” silahlıları hərbi bazaya hücum edib: Ölənlər var
Nigeriyanın şimal-şərqində “Boko Haram” terror qruplaşmasının silahlıları hərbi bazaya hücum edib.
Legion  
APA-ya istinadən verdiyi xəbərə görə, insident Yobe ştatında, Buni Yadi yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
Baş verən qarşıdurmada 5 Nigeriya ordusunun hərbçisi və 15 terrorçu ölüb.
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il “Boko Haram” qruplaşması İŞİD-ə sədaqət andı içib.