AĞACAN ƏBİYEV-DÜNYANI YALNIZ MƏRHƏMƏT XİLAS EDƏ BİLƏR-MÜSAHİBƏ
BakuPress Milli İnformasiya Agentliyi yeni ildə ilk müsahibi millət vəkili,Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti,  6 dəfə Azərbaycan çempionu  SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustası Ağacan Əbiyev oldu.Beləliklə Şəfəq Ağacanın  millət vəkili Ağacan Əbiyevlə müsahibəsini oxucularımıza təqdim edirik.
-Ağacan müəllim ,yeni iliniz mübarək,xoş gördük təzə ildə sizi...
-Çox sağ olun sizinlə bahəm,bütün xalqımın yeni ili uğurlu olsun...
-Ağacan müəllim,nədənsə son vaxtlar müsahibələrdən,mətbuatdan qaçırsınız səbəb nədir?
-Səbəb qızım,siz jurnalistlərsiniz...Adam bir söz deyir bəzi jurnalistlər qalmaqlal salmaq ,reytinq xətrinə başqa söz yazırlar.Amma jurnalist qalmaqal yaradan deyil.Hadisələri düzgün analiz edib,araşdırmalı hər şeyi olduğu kimi yazmalıdır.Əgər həqiqətən problem varsa, jurnalist onu gündəmə gətirməlidir.Mən cavanlığımda o vaxt İdman qəzetinin müxbiri olmuşam.Hər halda sizin sahədən anlayışım var...
-Qalmaqal demişkən Ağacan müəllim,siz jurnalistləri qınadınız amma ölkədə olan son vəziyyətlə bağlı bəzi millət vəkilləri nə istədilər dedilər.Hətta millət vəkili Astan Şahverdiyev rusiyada yaşayan azərbaycanlıları "otxod" adlandı.Burda jurnalistin nə günahı...Əgər bir millət vəkili xalqını zibil kimi qəbul edirsə nə etməliyik?
-Astan böyük səhv elədi.Şəxsən mən xalqın bir nümayəndəsi kimi uzun illər rusyada çalışmışam.Deməli mən otxodam?Rusiyada həm ali məktəblərdə,müəyyən yüksək instansyalarda,bazarlarda,yaxşı biznesmenlər nə qədər xalqımızın oğulları var.Onların xalqa nə qədər köməyi var.Astan böyük səhv etdi və buna görədə cəsasın aldı və alacaq.
-Ağacan müəllim,2017-ci ildə 80 illik yubileyiniz olacaq.Allah ömür versin.80 ildə Ağacan müəllim nələrdən keçdi?
-Hə bu il 80 yaşım olur...Mən öz zəhmətimlə bu dərəcəyə qalxmışam bunu hamı bilir.Hər kəsə bəllidir.Allah insanı ən alı canlı yaradıb və digər canlılardan fərqimiz şüurumuzun olmağıdır.Mən yaşadığım ömrümdə ağlımla,şürumla  düzgün yaşamağa çalışmışam.Allah peyğəmbərləri ,müqəddəs kitabları yer üzərinə insanları düzgün yaşamaq üçün göndərdi.Sonuncu Islam peyğəmbəri və Quran isə insanların idarə olunması üçün ən kamil din və kitabdır.Mən bu yolnan yaşamışam.İdmançı olmaqda çox şeylərdən ,pis vərdişlərdən uzaq edir.Bir haşiyə çıxım bir vaxtlar 90 -cı illərin əvvəllərində Azərbaycan gəncliyi yiyəsiz qalmışdı və yiyəsiz qalan gəncləri müxalif qüvvələr pis işlərə cəlb edirdi.Mən yadımda 1994-cü il martın 5-ində dahi liderimiz Heydər Əliyev gənc idmançılarla görüşüb dedi,idmanımız inkişaf etməlidir və mən söz verirəm ki,daim sizin qayğınıza bu ölkədə qalacaqlar.Həqiqətdə budur ki,bu gün də cənab prezidentimiz həmin ənənəni davam etdirir.Xoşbəxtəm həyatımı idmana həsr etmişəm bu gün Azərbaycan idmanı hipersürətlə inkişaf edir.Yaşamışam, nailiyyətlərim olub və bunun mükafatınıda almışam.Elmi yazılarım,kitablarım var, məndən yadigar qalacaq nəsillərə...Nə deyim xoşbəxt ata,xoşbəxt babayam.Allahın işinə baxın adımın hərfləri həyatda qəribə bir sxemlə formalaşıb.Agacan-ilk hərf babamın adı,2-ci hərf atamın adı,3-cü özüm,4-cü nəvəm cavidin adı,5-ci kiçik nəvəm Ağacan,son hərf qız nəvəm Nərminənin adıdır.Deməli Allah istəyib bunu nəsib edib.
-Xoşbəxt olsunlar.Ağacan müəllim,bu gün gənc idmançılara yerli icra strukturları var ki,şərait yaratmaq istəmirlər.Bu cür müraciətlər var, çox əfsuslar olsun. Bu məmurlara nə deyirsiniz?
-Onlar millətin düşmənidir.İdman sağlam gələcək,sağlam ordu deməkdir.Birdə bayaq dedim Allahın qoyduğu qanunlar var, onların əsası insanlara əl tutmaq,özündən zəifə kömək etməkdir.Bu qayda ilə hər kəs yaşasa dünya xilas olar.Dünyanı  yalnız  mərhəmət xilas edər mən belə düşünürəm.
-Ağacan müəllim,milli məclisin deputatı kimi necə düşünürsünüz, 2017-ci ildə xalqımızın vəziyyəti necə olacaq?
-İnandırım ki,bu il millətimiz və gənclərimiz üçün uğurlu bir olacaq.Bizim gözəl dövlətimiz və gözəl millətimiz var.İmkan verməməliyik heç bir kənar quvvələr dövlətimizə ziyan vursun.Hamımız həmrəy olmalıyıq ilin bütün günlərində.
-Çox sağ olun Ağacan müəllim,inşallah birdə sizinlə yubileyinizdə görüşmək ümidi ilə sağollaşıram.
Hazırladı:ŞƏFƏQ AĞACAN