Cenevredə Kipr tənzimlənməsinə dair danışıqlar başlayır
Bu gün Cenevredə Kipr Respublikasının prezidenti Nikos Anastasiadisin və kiprli-türklərin lideri Mustafa Akıncının iştirakı ilə Kiprin birləşdirilməsi üzrə danışıqlar başlayır.  
Oxu.Az
 RİA Novosti-yə istinadən xəbər verir ki, yanvar ayının 9-dan 11-nə kimi NATO-nun baş katibinin Kipr nizamlanması üzrə xüsusi müşaviri Bart Eydenin rəhbərliyi altında icmalararası danışıqlar aparılacaq, yanvarın 12-də isə üç
zəmanətçi ölkənin – Yunanıstan, Türkiyə və Böyük Britaniya, eləcə də Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. Aİ heyətinə Avropa komissiyasının sədri Jan-Klod Yunker rəhbərlik edəcək.  
Kiprin birləşdirilməsinə dair danışıqlar iki illik fasilədən sonra 2014-cü ilin fevralında bərpa edilib. Amma noyabr ayında İsveçrədə keçirilən danışıqlarda bütün səylərə baxmayaraq, iki icma lideri danışıqların yekunlaşmasını təmin edə biləcək ərazi nizamlanması məsələsində razılığa gəlməyiblər.