Bakı-Qazax yolunda avtomobil aşıb: ölən var
Bakı-Qazax avtomobil magistralında ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, magistralın 502-ci kilometrliyində 1977-ci il təvəllüdlü İsmayılov Rövşən Müslüm oğlunun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.