Suraxanıda ev yanıb
Bakı şəhəri, Suraxanı rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Yanğın zamanı evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.