Rusiyada tütün satışına dair ömürlük qadağa məsələsinə baxılır
Rusiyanın Səhiyyə Nazirliyi tütün əleyhinə konsepsiyasına yenidən dəyişikliklər edib. 
Oxu.Az
 xəbər verir ki, bu barədə “İsvestiya” qəzeti məlumat yayıb. 
Sənəd baxılması üçün artıq bir sıra nazirliklərə və qurumlara göndərilib. Layihəyə görə, kommunal mənzillərdə, ictimai nəqliyyatda və ictimai nəqliyyatın dayanacaqlarında siqaret çəkmək tamamən qadağan ediləcək. Sənəddə əsas dəyişiklik isə 2015-ci ildə doğulan şəxslərə yetkinlik yaşına çatdıqdan sonra da tütün satışının qadağan edilməsinə dair dəyişiklikdir.  
Beləliklə, əgər təşəbbüs Maliyyə nazirliyi, İqtisadi İnkişaf nazirliyi, Sənaye ticarət nazirliyi, Mədəniyyət nazirliyi, Federal Gömrük Xidməti və digər qurumlar tərəfindən təsdiqlənərsə, konsepsiya qəbul ediləcək. 
Konsepsiyanın mətninə müvafiq olaraq, dəyişikliklər 2033-cü ildən tez qüvvəyə minə bilməz.