İstanbul hava limanlarında 400-ə yaxın reys ləğv edildi
Türkiyənin “Turkish Airlines” milli aviadaşıyıcısı İstanbulda güclü qar yağması ilə əlaqədar bazar ertəsi  Atatürk və Sabiha Gökçen hava limanlarında 378 daxili və beynəlxalq reysin ləğv olunduğunu bəyan edib.
Oxu.Az
 bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 
İstanbulda üçüncü gündür ki, qar yağır, şənbə və bazar günlərində şəhər aeroportlarında 1100-ə yaxın reys ləğv edilib. 
Meqapolisdə nəqliyyatın hərəkəti çətinləşib, yolların donması çoxsaylı qəzalara səbəb olub. Bosfor körfəzi gəmilər üçün bağlanıb.