Bakının bir neçə rayonunda təbii qaz olmayacaq – XƏBƏRDARLIQ
Yanvarın 10-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Oxu.Az
-a bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.