Rusiyanın məşhur müğənniləri Bakıya gələcək
Rusiyanın məşhur müğənniləri Alla Puqaçova və Kristina Orbakayte Azərbaycana gələcək. 
Legion 
 Report-a istinadən xəbər verir ki, müğənnilər iyul ayında Bakıda keçiriləcək “Jara-2017” beynəlxalq musiqi festivalına qatılacaqlar və konsert proqramı ilə çıxış edəcəklər. 
Məlumata görə, festival iyulun 27-də başlayacaq və 30-dək davam edəcək. 
Qeyd edək ki, ötən il keçirilən festivalda Rusiyanın bir çox tanınmış simaları iştirak edib. Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində baş tutan musiqi tədbirinə 10 mindən çox insan qatılıb. Festivalın Bakıda hər il keçirilməsi qərara alınıb.