Bürclər - 10 YANVAR
Qoç - təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.

Buğa 
- köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın. Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.

Əkizlər 
- rəvan olmayan, həyəcanlar və emosiyalarla dolu gündür. Təxminlənməyən, qəfil hadisələrin sayını minimuma salın. Riskə getməyin, oraqnizminiz üçün ifrat yük ola biləcək heç nə etməyin.

Xərçəng 
- təmaslar zamanı təmkinli və sakit olun. Əks təqdirdə münaqişələr qaçılmazdır. İctimai fəallığı gərəkli minimum səviyyəsinə endirin. İşlə məşğul olun. Fiziki iş daha məsləhətdir. Ətrafınızda qayda yaradın.

Şir 
- əhvalınız daha nikbin olacaq. Yeni hadisəyə və görüşə hazırlaşın. Tənhalıq, bir qədər tək qalmaq faydalıdır. Tənha olduğunuz saatları zənginləşdirə bilərsiniz.

Qız 
-  planların pozulmasını emosional qarşılamayın. Kimsə diqqətinizi yayındıra bilər. Günün ilk yarısında dostlarla planlaşdırılmamış görüş və ya tanışlarla problemin həlli mümkündür.

Tərəzi 
- təcili çözüm tələb edən çətinlik yarana bilər. Yaxın ətrafınızdakı insanlarla rəvan, sakit münasibətlər qurun. Belə olarsa, gün müşkül keçməyəcək.

Əqrəb 
- fikrinizi ən önəmli məsələnin həllinə yönəldin, ikinci dərəcəli detallara diqqət ayırmayın. Bacardığınızdan artıq iş görməyə çalışamyın. Pozitiv əhval-ruhiyyənizi pozmayın.

Oxatan 
- səhhət üçün problemli gündür. Yuxusuz qalmayın, qan təzyiqinizə fikrir verin. Xarici görkəminizə daha çox diqqət ayırın. Valideynlərlə əlaqə saxlayın. Onların sizin dəstək, qayğı və diqqətinizə ehtiyacları var.

Oğlaq 
- yaxın ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər.

Dolça 
- hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür. İtki verə biləcəyiniz tədbirlərə qatılmayın. Hadisələrə müdaxilə etməsəniz gün yaxşı alınacaq.

Balıqlar 
- gün ərzində yaşanacaq uğurlar və uğursuzluqlar əsas yolun göstəricisidir. Məqsədə doğru necə hərəkət etdiyinizi dəqiqləşdirə bilərsiniz. Seçim etməklə bağlı situasiya yaranarsa, itkilərlə qarşılaşa bilərsiniz.
bizimyol