Bakıda avtobus və minik maşını toqquşdu: ölən var
Bakıda avtobusla minik maşını toqquşub, qadın sürücü dünyasını dəyişib.

Musavat.com-un xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində, Cəfər Xəndan küçəsində qeydə alınıb. 

“BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkətdə olan avtobus minik maşını ilə toqquşub.
Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Sevda İsmayılova dünyasını dəyişib.
Qəzanın səbəbini Binəqədi Rayon Polis İdarəsi araşdırır.