Bir kilovat saat elektrik enerjisi ilə nə etmək olar?
Elektrik enerjisinin qiymətinin bahalaşması qənaət etməyi zəruri edib.
Qiymətlərin bahalaşdığını nəzərə alaraq sual yarana bilər ki, evdə 1 kilovat saat elektrik enerjisi ilə hansı işləri görmək olar?
Oxu.Az
 xəbər verir ki, Fins.az bu məsələni araşdırıb. 
Evdə

- Bir maşın paltar yumaq (söhbət paltar yuyan maşından gedir);
- 15 köynək ütüləmək olar;
- 60 vatlıq lampa 17 saat yana bilər;
- Orta səviyyəli tozsovuran 60 dəqiqə işləyə bilər (1000 W);
- Qənaətli lampaları 90 saat yandırmaq olar (11 Vat);
Mətbəxdə:

- İki gün 300-litrlik soyuducu işləyə bilər;
- Bir tort bişirmək olar;
- Elektrik peçində dörd nəfərlik yemək bişirmək olar;
- 70 fincan qəhvə hazırlamaq olar;
- 133 dilim çörək qızartmaq olar (tosterdə);
- Bir kilovat saat enerji ilə 60 dəqiqə saç qurutmaq olar;
- Yeddi saat televiziyaya baxmaq olar;
2500 kişi 1 kilovat saat elektrik enerjisi ilə üzünü qırxa bilər. Bu böyük bir kənd əhalisinin bütün kişiləri deməkdir.
Qeyd edək ki, bu məbləğlər istifadə olunan cihazlardan asılı olaraq az fərqli ola bilər.