BƏƏ-də yağış üçün dua oxunur
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd əl-Nahayan qadınaları, kişiləri və uşaqları yağış üçün dua etməyə çağırıb. 
Oxu.Az
 xəbər verir ki, bu barədə The National məlumat yayıb.
Nəşr qeyd edib ki, yerli fermerlər kəskin su çatışmazlığından şikayət ediblər. Quraqlığa səbəb qlobal istiləşmədir.
BƏƏ-nin bütün məscidlərində duanın oxunması Bakı vaxtı ilə 08:30-da başlanıb və 45 dəqiqə çəkib.