Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Azərbaycan neftinin qiyməti 1 dollardan artıq ucuzlaşıb.
Oxu.Az
 xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,37 dollar və ya 2,39% azalaraq 55,83 dollar təşkil edib.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.