İkinci Dünya müharibəsi barədə ilk xəbər verən jurnalist vəfat edib
İkinci Dünya müharibəsinin başlanması barədə ilk məlumat verən britaniyalı jurnalist Kleyr Hollinqvors vəfat edib.
Oxu.Az
-ın BBC-yə istinadən xəbərinə görə, Kler Hollinqvors 106 yaşında dünyasını dəyişib.
K.Hollinqvors 1939-cu ildə Polşadan Almaniyaya səyahət edərkən  iki ölkənin sərhədində Almaniya ordusunun toplaşdığı barədə xəbər yayıb. 
Jurnalist fəaliyyətinə başlamazdan əvvəl o Hitler Almaniyasını tərk etmək üçün minlərlə insana britaniya vizasının almaqda kömək edirdi.
1911-ci ildə doğulan K.Hollinqvors Vyetnam, Əlcəzair, Yaxın Şərq ölkələrində jurnalist işləyib.