“Qara qızıl”ın qiyməti bahalaşır
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, London birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 0,19% artaraq bir barelə görə 53,74 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,30% bahalaşaraq 50,97 dollara satılıb.