Bu ərazilərə təbii qaz fasilələr ilə veriləcək – XƏBƏRDARLIQ
Diametri 530 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Sumqayıt şəhərinin, eləcə də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi, VII və VIII mikrorayonların bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq. 
Oxu.Az 
bu barədə “Azəriqaz” İB-yə istinadən xəbər verir.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.