Xətaidə sex yanıb
Bakının Xətai rayonunda sexdə yanğın olub. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət radiator təmir sexi 10 m2 sahədə və sexin ətrafında 5 m2 sahədə  taxta tullantıları yanıb.

Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.